SSM

Small Stock Manager

Daxil ol

  • image

    Proqram təminatı haqqında

    SSM - Small Stock Manager vahid mərkəzdən kiçik və ortaq həcmli və satışı ədədlə həyata keçirilən mağazaların idarə edilməsini həyata keçirmək üçün hazırlanmış proqram təminatıdır.

    SSM proqram təminatı həm kompüter, həm planşet, həmdə mobil telefonlarda istifadə etmək üçün çox sadə, interaktiv və responsiv olaraq mobil texnologiyalardan da istifadə etməklə hazırlanmışdır.

    Proqram təminatından istifadə üçün internetin və kompüter , planşet və ya mobil telefonun olması kifayət edir. Sistem internet üzərindən işləyir və dünyanın hər hansı bir nöqtəsindən mağazanızın vəziyyətinə, satışlarına, kassaya tam şəkildə nəzarət etmək olur.

    Planşet və mobil telefonlardan istifadə edərkən Android sistemlərdə "Play Store"-dan, İOS sistemlərdə isə "App Store" -dan proqramın linkini yükləməklə istifadə etmək olur.

  • image

    Proqram təminatının funksionallıqları

    Sistemdə aşağıdakı funksionallıqlar var:

    • Anbar əməliyyatları İdarəetmə

    • Mağaza əməliyyatları İdarəetmə

    • Satışı əməliyyatları İdarəetmə

    • Kassa əməliyyatları İdarəetmə

    • Müştərilərlə əlaqələri İdarəetmə

    • Təchizatçı əməliyyatları İdarəetmə

  • image

    Proqram təminatının xüsusiyyətləri

    Proqram təminatında aşağıdakı xüsusiyyətlər var:

    • Mal hərəkəti və qalıqlarını həm ayrı-ayrı mağazalara görə, həm də ümumi formada təqib etmək imkanı

    • Malların adına, növünə, xüsusiyyətinə və s. görə filtrləmək imkanı

    • Malların qeydiyyatını markasına, modelinə, növünə, istehsalçı firmasına və barkoduna görə aparmaq imkanı

    • Giriş-çıxış əməliyyatlarında mal qalıqlarını görmə imkanı

    • Mağazaya girişi həyata keçirilmiş malları yenidən təchizatçıya qaytarma imkanı

    • Mağazadan satılmış malları yenidən mağazaya qaytara bilmə imkanı

    • Geri qaytarılan malları ayrıca hesabat şəklində görmə imkanı

    • Mağazada daim olmasını istədiyiniz malların maksimum-minimum limitlərini təyin edə bilmə imkanı

    • Mədaxil və məxaric əməliyyatlarının rahat və sürətli şəkildə yazılması

    • Hər növ hesabatların və sənədlərin çapdan çıxarılma imkanı

    • Gündəlik kassa hesabatının detallı və ya xülasə şəklində alınması

    • Həyata keçirilən satış, qaytarılma və ləğv etmə əməliyyatları gün sonu hesabatları ilə ətraflı olaraq təqib edilməsi

    • Müştərilərinizə aid məlumatların detallı olaraq təqibi

    • Müştərilərinizin peşə və təhsil səviyyəsi ilə bağlı məlumatları təqib edə bilər, beləliklə müştəri seqmentləşdirilməsi əmələ gətirərək mal çeşidliliyini buna görə nizamlaya bilmə imkanı

    • Alış-veriş statistikasına görə müştərilərinizin seçimlərinin müəyyən edilməsi

    • Müştəriləri müxtəlif qruplara ayıra bilər, müştərilərin şikayət və təkliflərinin təqibini edə bilmə

    • Təchizatçı əsasında mal qalıqları və dövriyyəsinin təqib olunması

    • Satınalma sifarişlərinizin e-mail vasitəsilə avtomatik olaraq təchizatçılara göndərə bilmə imkanı

    • Qaytarılma və dəyişdirilmə əməliyyatlarının həyata keçirilməsi

    • Təchizatçılarla hesablaşmaların təqibi